Quterreş "Hizbullah"ın Suriyadan çıxmasını tələb edib

2018/05/1063553337_1526992865.jpg
Oxunub: 1761     20:39     22 May 2018    
BMT Baş katibi Antonio Quterreş "Hizbullah"ın Suriyadan çəkilməsini və Livanda hərbi əməliyyatları dayandırmasını tələb edib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Quterreş Livanın rəsmi hökumətinə "Hizbullah" və digər silahlı qrupların silah alması və yarımhərbi qüvvələr formalaşdırmasının qarşısını almaq məqsədilə bütün zəruri tədbirləri görməyi tövsiyə edib.

Quterreşin sözlərinə görə, "Hizbullah"ın hərbi aktları BMT Təhlükəsizlik Şurasının 2004-cü ildə qəbul etdiyi və Livandakı bütün silahlı qrupların silahlardan imtina etməsini nəzərdə tutan qətnaməsinin pozulması deməkdir.

“Demokratik bir dövlət üçün siyasi partiyanın silahlı qrup saxlaması normal hal deyil. Bunun nəinki demokratik dövlət institutlarında yeri yoxdur, üstəlik bu hal ölkəni müharibəyə yuvarlaya bilər”, - deyə Quterreş bildirib.

Məlumat üçün qeyd edək ki, Hizbullah 1980-ci ildə Livanda qurulmuş hərakatdır. O, İsraillə baş vermiş bir neçə hərbi münaqişədə iştirak edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quterreş   Hizbullah  


Bizi "telegram"da izləyin