Sürətli “Raptor”lar Xəzərin sahil xüsusi təyinatlılarını möhkəmləndirəcək

2018/05/1016674910_1526992306.jpg
Oxunub: 3783     20:30     22 May 2018    
2018-ci ilin sonuna qədər Rusiya Hərbi Dəniz Donanması üçün 10-dan çox “Raptor” gəmisi tikiləcək.

Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, ilin sonuna qədər Rusiya Hərbi Dəniz Donanması 03160 layihəsinin ilk “Raptor” sürət katerlərini əldə edəcək. Katerlərin bir hissəsi isə Xəzər Dənizi Flotiliyasına təhvil veriləcək.

Katerlər sahil zonasında patrul faəliyyətinin həyata keçirilməsi, diversantların axtarışı, lazım gələrsə, xüsusi təyinatlı bölmələrin daşınması və atəş dəstəyini yerinə yetirəcək. O cümlədən “Raptor”lar rəqiblərin robot moskitləri ilə mübarizə üçün də istifadə oluna bilər. Bu gəmilərin axtarış-xilasetmə əməliyyatlarında istifadəsi də mümkündür.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raptor   HDD  


Bizi "telegram"da izləyin