“Rusiya silahları barədə ABŞ TV-lərinə deyil, Putinə inanmaq lazımdır” - Peskov

2018/05/456_1526991816.jpg
Oxunub: 2442     20:20     22 May 2018    
“Jurnalistlərə tövsiyə edərdim ki, ABŞ-lı həmkarlarının sözlərindən daha çox Rusiya dövlət başçısı Vladimir Putinə inanmağı tövsiyə edirəm”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Rusiya silahları ilə bağlı məsələlərdə ABŞ televiziyalarından daha çox Rusiya prezidentinə inanmağa tövsiyə edərdim”, - deyə Peskov bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin martın 1-də Federal Yığıncağa müraciətində öz xarici analoqlarını üstələyən bir sıra yeni silahlardan bəhs edib. Putinin sözlərinə görə, həmin silahların bir hissəsi artıq ordudadır, digər hissəsi ilə orduya ən yaxın zamanlarda təhvil veriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-silahları   Peskov  


Bizi "telegram"da izləyin