“Ordu oyunları – 2018”də 8 ölkə iştirak edəcək

2018/05/345_1526990497.jpg
Oxunub: 1566     20:00     22 May 2018    
“Rusiya da daxil olmaqla 8 ölkədən olan maşınların ekipajları beynəlxalq “Ordu oyunları – 2018”də iştirak edəcək”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Mühəndis Qoşunlarının rəisi, general-leytenant Yuri Stavitski bəyan edib.

“Konkurs Volqoqrad vilayətinin Voljsk şəhərində keçiriləcək. Beynəlxalq oyunlarda Rusiya, Çin, Pakistan, Serbiya, Vyetnam, Belarus, Tacikistan və Özbəkistan iştirak edəcək”, - deyə Stavitski bildirib.

O qeyd edib ki, “Ordu oyunları – 2018” iyulun 29-dan avqustun 11-dək davam edəcək. Proqrama 29 konkurs daxil olacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ordu-oyunları  


Bizi "telegram"da izləyin