Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bölgəyə göndərilən qüvvələr vilayətin Azra şəhərinə toplanıb.
Şahidlərin sözlərinə görə, xeyli sayda zirehli personal daşıyıcısı 175-ci bazaya gedib. Eyni zamanda ordunun helikopterləri də bazaya endirilib.
Hərbi mənbənin məlumatına görə, ordu bölgədəki terrorçulara sonuncu ultimatumu verərək, bölgəni tərk etmələrini tələb edib. Terroçuların bölgəni tərk etməməsi halında geniş miqyaslı əməliyyat keçirilməsi gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az