Ordu.az Ukrayna KİV-lərə istinadən xəbər verir ki, son 24 saatda Ukrayna qoşunları 15 silahlını zərərsizləşdirib.
Donbasda separatçılara qarşı mübarizə aparan Birgə Qüvvələrin mətbuat xidməti məlumat verir ki, atəşkəs 53 dəfə pozulub. Bunların otuzunda düşmən 122 mm-lik artilleriya, 120 və 82 mm-lik minaatanlardan istifadə edilib.
Atəşkəsin pozulmasına verilən cavab nəticəsində separatçılardan 15 nəfər məhv edilib, 13 nəfər isə yaralanıb.
Ağalar Ağalarlı
Ordu.az