Ordu.az “Arqaumentı i faktı” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbər müavini Aleksandr Şerin bəyan edib.
“Uğursuzluq hər zaman yeni silahların yaradılması və sınaqdan keçirilməsinin tərki hissəsidir. Məhz bu proses bu və ya digər qurğunun strukturuna düzəliş və dəyişikliklər etməyə imkan yaradır”, - deyə Şerin açıqlayıb.
O qeyd edib ki, dünyanın bütün ölkələrində uğursuzluqla nəticələnən sınaqlar baş verir, lakin bu, faciəyə yox, təcrübə və stimula çevrilir.
Ağalar Qəribov
Ordu.az