Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın CNBC telekanala məlumat yayıb.
Məlumata görə, hazırlığı 2000-ci illərin əvvəllərindən başlanan raket 2017-ci ildə 4 dəfə sınaqdan keçirilib və bütün hallarda sınaq uğursuz olub.
Qeyd edilir ki, sınaqlardan ən uzunmüddətlisi iki dəqiqə çəkib və raket həmin müddət ərzində 35 kilometr məsafə qət edə bilib. Yalnız bundan sonra onun üzərində idarəetmə itirilib və raket yerə düşüb.
Ümumi olaraq raketin hələ sınaqlar üçün hazır olmadığı və məhz bu səbəbdən sınaqların dayandırıldığı vurğulanır.
Ağalar Qəribov
Ordu.az