Ordu.az “Regnum” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Gəmiqayırma Korporasiyasının rəhbəri Aleksey Rəhmanov bəyan edib.
“Prespektivli “Haski” sualtı atom gəmisinin konseptual layihələndirməsi tamamlanıb. Artıq onun görünüşü ilə bağlı məsələlərə də aydınlıq gətirilib”, - deyə Rəhmanov bildirib.
O qeyd edib ki, aparılan işlər nəticəsində xarici görünüşlə bağlı bir neçə variant hazırlanıb və sonda bu variantlardan biri seçilərək onun üzərində işlərə başlanacaq.
Ağalar Qəribov
Ordu.az