Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauert bəyan edib.
“Dövlət katibi Pompeo və nazir Korzias ikitərəfəli əlaqələrin vəziyyətini müzakirə edib, həmçinin açar əməkdaşlıq sahələri üzrə strateji dialoqun başlanmasında razılığa gəliblər”, - deyə məlumatda bildirilir.
Nauert qeyd edib ki, tərəflər Balkanlar və Şərqi Aralıq Dənizində mövcud olan problemlərin tənzimlənməsi barədə də danışıblar.
Ağalar Qəribov
Ordu.az