Ordu.az “İnterfax” agentliyinə istiandən xəbər verir ki, bu barədə Rusiya Hərbi Şurasının iclasında Cənub Hərb Dairəsi qoşunlarının komandanı, general-polkovnik Aleksandr Dvornikov bəyan edib.
“Hazırda dairədə yüksək texnologiyaların nisbəti 63 faiz təşkil edir və bu texnikaları idarə edilməsi üçün yüksək təcrübə və peşəkarlıq lazımdır”, - deyə Dvornikov bildirib.
O qeyd edib ki, 2018-ci ildə Cənub Hərb Dairəsi 1500-dən çox hərbi texnika və silahlarla təchiz ediləcək.
Ağalar Qəribov
Ordu.az