Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO-nun Avropadakı keçmiş baş komandanı, general Filip Bridlav bəyan edib.
“Rusiyalılar öz səhvləri üzərində çox tez öyrənməyə qadirdirlər. 10 il əvvəl yol verilən səhvlərdən nəticə çıxararaq bu gün tam fərqli siyasət həyata keçirirlər”, - deyə Bridlav bildirib.
O qeyd edib ki, NATO üçün alyansın müxtəlif ölkələrinin müdafiə proqramlarının inteqrasiyası əsas çağırış olacaq.
“Biz düşüncə və hazırlıq obrazını dəyişmişik. Nə vaxtsa, bu, 365 gün idi, lakin bu, hazırda Rusiyanın bizə qarşı olan çağırışlarına cavab vermir”, - deyə Bridlav açıqlayıb.
Ağalar Qəribov
Ordu.az