AP: İŞİD-lə mübarizə məsələləri üzrə aparat dekabra qədər qalacaq

2018/05/12_1526970494.jpg
Oxunub: 1731     14:25     22 May 2018    
ABŞ prezidentinin İŞİD terror təşkilatı ilə mübarizədə digər ölkələrlə əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Brett MakQurkun aparatı dekabra qədər formasını dəyişməyəcək.

Ordu.az “Associated Press” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən olan mənbələr məlumat yayıb.

Məlumata görə, daha öncə bu aparatın Dövlət Departamenti daxilində terrorizmlə mübarizə üzrə büronun tərkib hissəsinə çevrilməsi qeyd edilirdi, lakin artıq dekabra qədər formasın saxlayacağı bəlli olub.

Qeyd edək ki, 2018-ci ilin mart ayında həmin vaxt dövlət katibi vəzifəsini tutan Reks Tillerson aparatı qapamaq qərarına gəlmişdi, lakin Tillersonu əvəz edən Mayk Pompeo may ayında bu qərarı dəyişdirib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   İŞİD  

AP: İŞİD-lə mübarizə məsələləri üzrə aparat dekabra qədər qalacaq

2018/05/12_1526970494.jpg
Oxunub: 1732     14:25     22 May 2018    