Ordu.az Hespress.com saytına istinadən xəbər verir ki, bu barədə “Lockheed Martin” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qırıcılara dair müqavilənin Mərakeş ordusunun yüksək çinli hərbçilərinin ABŞ-a nəzərdə tutulan səfəri çərçivəsində imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, hazırda Mərakeş Hərbi Hava Qüvvələrinin silahlanmasında 23 ədəd F-16C/D qırıcısı yer almaqdadır. Təyyarələrdən biri 2015-ci ilin may ayında baş verən qəza nəticəsində itirilib.
Ağalar Qəribov
Ordu.az