Hindistan süni zəka əsaslı silah sistemləri əldə etməyə çalışır

2018/05/34534_1526908635.jpg
Oxunub: 1797     01:15     22 May 2018    
Ölümcül silahlarla təchiz edilmiş robotlar Hindistanın Pakistan və Çinlə sərhədlərini qoruyacaq? Yaxud pilotsuz tanklar, sualtı gəmilər və təyyarələr düşmənlə döyüşəcək?

Ordu.az xəbər verir ki, bunlar hələlik heç hava döyüş dronu olmayan Hindistan üçün elmi-fantastik nağıla bənzəyə bilər, lakin Hindistan hazırda cərəyan etməkdə olan yeni qlobal silah yarışında gedən qatarı buraxmaq istəmir.

Hindistan süni zəkaya əsaslanan silah və nəzarət sistemlərinin istehsalına çalışır. Ölkənin müdafiə aktorları İnformasiya texnologiyaları sənayesində mövcud olan yenilikləri öyrənir.

Ötən ay baş tutmuş Çennay müdafiə sərgisində iştirak edən Baş nazir Narendra Modi də hərbi sahədə gedən yeni inqilabi inkişafa hazır olmağın zəruriliyini vurğulayıb.

“Gələcəkdə istənilən müdafiə qüvvəsinin hücum və müdafiə imkanlarının müqayisəsində ən əhəmiyyətli faktor güman ki, süni zəka və robotlar olacaq”, - deyə Modi bildirib.

“Union” şirkətinin katibi Acay Kumarın sözlərinə görə, süni zəkanın rəhbərlik etdiyi müharibəyə doğru yuvarlanan dünyada Hindistan da öz silahlı qüvvələrinin hazırlığını artırmaq üçün vacib olan addımlar atır. Hökumət bunun üçün yol xəritəsi hazırlamaq məqsədilə artıq tapşırıq qrupu da formalaşdırıb.

17 üzvü olan qrupa milli kiber təhlükəsizlik üzrə kordinator Gülşən Ray, İnformasiya texnologiyaları, kibertəhlükəsizlik üzrə professorlar, iki və üç ulduzlu generallar, həmçinin DRDO, Atom Enerjisi komissiyasından nümayəndələr daxildir.

Qrupun əsas vəzifəsi Hindistanın həm müdafiə, həm də hücum xarakterli süni zəka sahəsində əhəmiyyətli güc olması üçün yol xəritəsi hazırlamaq, aviasiya, dəniz, quru sistemləri, kiber, nüvə və bioloji müharibə arenalarına dair məsləhətlər verməkdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   SZ  


Bizi "telegram"da izləyin