Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bunun əvəzində onlar öz ehtiyaclarını müəyyənləşdirdilər: 2040-cı ilə qədər gəmi-gəmi döyü mühiti üçün uyğun olmaq, düşmənin havadan müdafiəsini yüksək dəlmə qabiliyyəti, dar və açıq sularda effektli olmaq və müxtəlif platformalara asan adaptasiya.
“Kongsberg Defense” bu tələblərdən yola çıxaraq “Nytt sjømålsmissil” raketini quraşdırdı. O, sonradan ingilis dili marketinq ehtiyaclarından dolayı “Naval Strike Missile” (“Dəniz hücum Raketi” - NSM) adlandırıldı. Raketin dizaynındakı əsas məntiq daha geniş supersəs raketindən fərqli olaraq, subsəs, kiçik və çevik raket hazırlamaq idi. Məsələn, NSM sadəcə 4 metr uzunluğa sahibdir. Bu, Rusiyanın P-800 və P-700 raketlərinin yarısına bərabərdir. Rusiyanın raketləri həm də terminal fazada aktiv radarından istifadə edir. Bu, hədəf alınan gəminin hədəfdə olmasına dair siqnallar ötürə bilər. Bunun əksinə, NSM passiv infraqırmızı sensor istifadə edir.
NSM-in terminal dəqiqliyi 2 futdan da kiçikdir. Başqa bir üstün cəhəti onun hədəf aldığı gəminin standartını tanıyabilmə qabiliyyətidir. Bu imkan avtonom hədəf tanıma adlanır. O, raketə hədəf aldığı gəmiyə maksimum ziyan vurmaq və lazımı kəşfiyyat materialları toplamaq üçün lazım olan dəqiq nöqtəni təsbit etməyə imkan verir.
NSM həm də F-35-in daxili silah yuvasına sığacaq formada dizayn edilmiş havadan atılan qanadlı raket sistemi “Joint Strike Missile” (JSM) raketi üçün uyğunlaşdırılıb. NSM-in əsas gövdəsi bu məqsəd üçün yenidən konfiqurasiya edilib, lakin radar və mühərrik əsasən eyni olaraq saxlanıb. NSM-in 2012-ci ildən etibarən istifadə edilməsinə baxmayaraq, JSM hələlik xidmətə verilməyib.
Ağalar Ağalarlı
Ordu.az