Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bu ayın əvvəli ABŞ donanmasının Hava Sistemləri Komandanlığı (NAVAIR) C-130 “Hercules” kimi geniş gövdəli təyyarələri mühafizə etmək üçün yeni yolların təklif edilməsi məqsədilə müdafiə firmaları üçün yeni tender elan edib.
Hazırda bu tipli təyyarələr yönləndirmə sistemlərini kor edə biləcək işıq fişəngləri, lazerlər və ya radio tezlikli əkstədbirlər vasitəsilə müdafiə edilir. Lakin digər ölkələrin raketlərini təkmilləşdirməsi ilə artıq bu növ özünümüdafiə mexanizmləri faydasız olur.
Bu səbəbdən dolayı ABŞ donanması potensial alternativlər və ya ənənəvi elektron özünümüdafiə yollarına əlavələr edilməsini nəzərdən keçirilir.
NAVAIR xüsusilə özünün layihəsi olan Sərt Zərərsizləşdirmə Özünümüdafiə Əkstədbir Sistemi konsepsiyasının tətbiqində maraqlıdır. Bu layihədə təyyarənin özü ilə raketdən müdafiə raketi daşıması nəzərdə tutulur.
Ağalar Ağalarlı
Ordu.az