Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, START-1 müqaviləsi imzalandıqdan sonra Rusiya hökuməti R-36 “Voevoda” (NATO standartlarına görə, SS-18 “Satana”) raketlərindən faydalanma imkanlarını nəzərdən keçirir. START-1 müqaviləsi bu raketin istifadəsinə icazə vermir.
“Dnepr” layihəsinin nəticəsi kimi onların bir çoxu Yerin aşağı orbitinə göndəriləcək kommersiya peyklərinə çevrildi. Rusiya hökuməti 2015-ci ildə Ukrayna ilə əlaqələrin pozulması səbəbilə proqramı dayandırıb.
“Satan”ın üç əsas üstünlüyü
Yüksək səmərəli daşıyıcı
SS-18 özünün 10750 kiloton döyüş başlığına ayrıla bilən MIRV döyüş başlıqları daşıma qabiliyyəti ilə tanınır. İlk uğurlu sülhməramlı kommersiya “Satana” raketinin buraxılışından sonra mühəndislər MIRV-nin döyüş başlıqlarını yerləşdirməsinə bənzər formada bir neçə peykin buraxılması ideyasını təklif etdilər. 2014-cü ilin iyununda bu tipli ilk raket 17 ölkənin 33 modulunu kosmosa uğurla çıxardı. Bu innovasiya yerləşdirmə xərclərinin azaldılmasına imkan verir.
Əhəmiyyətli yükgötürmə
SS-18-in digər törəmələri – “Tsyklon-2 və 3” ilə müqayisədə Dnepr modifikasiyası az qala iki dəfə çox yük götürə bilir. O, Yerin aşağı orbitinə 3200 kiloqram yük daşımağa qadirdir.
Yüksək etibarlılıq
Kommersiya məqsədli raketə çevrilmiş “Satana”lardan bu vaxta qədər 22-si orbitə buraxılıb. Bunların yalnız biri uğursuz olub. Bundan fərqli olaraq ABŞ-ın eyni sinifli “Antares”in uğurluluq dərəcəsi 83%-ə bərabərdir.
Ağalar Ağalarlı
Ordu.az