Suriya ordusu Həcr əl-Əsvad üzərində nəzarəti bərpa edib

2018/05/Suriya-ordusu_1526904756.jpeg
Oxunub: 2148     20:12     21 May 2018    
Suriya ordusunun bölmələri Dəməşqin cənubunda yerləşən İŞİD terror təşkilatının forpostu Həcr əl-Əsvad ərazisində nəzarəti bərpa ediblər.

Ordu.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya ordusundan olan mənbələr məlumat yayıb.

Məlumata görə, Suriya ordusu daha öncə Fələstin qaçqınlarının düşərgəsi olan Yarmukda nəzarəti ələ keçirib. Bundan sonra qonşuluqda olan İŞİD terrorçuları ailələri ilə birgə ərazini tərk ediblər.

Humanitar saatlar sona çatandan sonra Suriya ordusu yenidən İŞİD-ə qarşı döyüş əməliyyatlarının yeniləndiyini açıqlayaraq əməliyyatlara başlayıb və nəticədə Həcr əl-Əsvad üzərində nəzarət bərpa olunub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD   Həcr-əl-Əsvad  


Bizi "telegram"da izləyin