Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə radarın istehsalçı şirkəti olan “Saab”ın rəhbəri Anders Karp bildirib.
İcazənin verilməsi ilə şirkət radarın Filippin donanmasına satışını təmin edəcək. O, Filippin donanmasının iki freqatına quraşdırılacaq. Müqavilədə həm də üçün “Saab”ın istehsal etdiyi 9LV radar nəzarət sistemləri də nəzərdə tutulub.
Qeyd edək ki, “Sea Giraffe AMB” radarı 3D, çoxfunksiyalı orta mənzilli hava və yer nəzarəti imkanına malikdir.
Ağalar Ağalarlı
Ordu.az