Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələr Əməliyyatı qərargahının mətbuat mərkəzi məlumat yayıb.
Məlumata görə, “Medlennıy” (Astagəl) ləqəbli Sergey Rudenko Svetlodar çölündə gedən döyüşlər nəticəsində həlak olub.
Qeyd edək ki, uzun müddət ərzində Donbasda Svetlodar istiqamətində döyüşlər getmirdi, lakin dünən etibarən ən sərt döyüşlər məhz bu istiqamətdə baş verib və Ukrayna ordusunun yaralanan əsgərlərinin məhz bu istiqamətdə yaralandıqları qeyd edilir.
Ağalar Qəribov
Ordu.az