Ordu.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, bu barədə bir sıra ekspertlər bildirib.
Nüvə silahı üzrə ekspertlərin fikrincə, hətta əgər poliqon həqiqətən də dağıdılsa, bu, Pxenyanın silahsızlaşması mənasına gəlmir və bundan sonra da KXDR-in silah arsenalında əhəmiyyətli nüvə arsenalı qalacaq.
Çin eksperti Veş Şitszenin fikrincə, piloqunun bağlanması zaman udmaq məqsədilə həyata keçirilən addım ola bilər.
“Bu obyekt yetərincə köhnə və faydasızdır. Pxenyan artıq mühüm məmulat və texnologiyaları gizləyib. Bu isə zaman udmaq üçün atılan addımdır”, - deyə ekspert açıqlayıb.
Ağalar Qəribov
Ordu.az