Ordu.az “BBC News”a istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, nüvə silahı daşımağa qadir “Xian” H-6K qırıcısının da daxil olduğu qırıcı qrupu Çinin cənubundakı aviabazadan havaya qalxaraq dənizdəki hədəflərə hücum təqlid ediblər.
Əməliyyat yerinə yetirildikdən sonra təyyarələr mübahisəli Spratli arxipelaqında mövcud olan hərbi aerodroma eniblər. Təyyarələr həmçinin Parasels adalarının biri – Vudi adasında da qeydə alınıb.
Ağalar Qəribov
Ordu.az