Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Naqasaki Universiteti yanında Nüvə Silahının Məhv Edilməsi Problemlərinin Öyrənilməsi Mərkəzi məlumat yayıb.
Məlumata görə, Cənub-Şərqi Asiya ölkələrinin sülh və təhlükəsizlik, nüvə silahsızlaşdırması üzrə beynəlxalq ekspertlərin görüşü 31 may – 1 iyun tarixlərində Moskvada keçiriləcək.
Görüşdə Rusiya, Çin, ABŞ, Cənubi Koreya, Yaponiya və Avropa İttifaqı ölkələri iştirak edəcək.
Görüşdə KXDR nümayəndələrinin iştirakı da dəqiqləşib. Görüşdə Koreya yarımadasının nüvəsizləşdirmə prespektivləri gündəliyin əsas mövzusunu təşkil edəcək.
Ağalar Qəribov
Ordu.az