Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələr Əməliyyatı qərargahının mətbuat mərkəzi məlumat yayıb.
Məlumata görə, atəşkəsin pozulduğu 55 haldan 19-da Minsk müqavilələri ilə qadağan edilən silahlardan istifadə olunub. Atəşkəsin pozulması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 3 hərbçisi yaralanıb.
Atəşkəs xüsusilə Avdeyevka, Krasnoqorovka, Marinka, Zaytsevo, Troitskoye və Luqansk istiqamətlərində pozulub.
Ağalar Qəribov
Ordu.az