Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyindən olan mənbələr məlumat yayıb.
“Hər jurnalistin iştirakı üçün Şimali Koreyanın Pekindəki səfiriliyinə 10 min dollar ödəmək tələb olunur. KXDR tərəfi bunu viza üçün zəruri məbləğ adlandırıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Pxungeridə yerləşən nüvə poliqonunun artıq may ayının sonlarında bağlanacağı bildirilir.
Ağalar Qəribov
Ordu.az