Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, gəminin əsas özəlliklərindən biri helikopter qəbul edə bilməsidir.
“Marado” adı verilən bu gəminin inşasına 2016-cı ildə başlanıb. 14 min 500 ton yük götürmə qabiliyyətinə malik “Marado” Koreya donanmasının ikinci ən böyük gəmisidir.
Onun uzunluğu 199, eni isə 31 metrdir. Saatda 41 kilometr saat sürətlə hərəkət edə bilir. Gəmidə 20 mm-lik “Phalanx” yaxın məsafə silah sistemi quraşdırılıb.
Ağalar Ağalarlı
Ordu.az