Ordu.az “Washington Post”a istinadən xəbər verir ki, bu barədə ən qeyri-adi məntiqi ABŞ Strateji Komandanlığın komandiri general Con Hayten irəli sürüb.
O, bu silahların məqsədinin Rusiyanı özünün taktiki nüvə silahlarının istifadəsindən çəkindirmək olduğunu bildirib.
ABŞ və NATO müttəfiqləri bu vaxta qədər Avropada 200 taktiki nüvə bombası yerləşdirib. Lakin Hayten və digər Pentaqon rəsmiləri daha çoxuna ehtiyac olduğunu iddia edirlər.
Pentaqon rəhbəri Ceyms Mettis də mayın 9-da Senatın dinləmələrində iştirak edərkən yeni döyüş başlıqlarına ehtiyac olduğunu bildirib. O, ehtiyacı belə təsvir edib: “Ənənəvi döyüşdə məğlub olacağını anlayan Rusiya taktiki nüvə silahlarını artıracaq. Buna cavab vermək, yaxud təslim olmaq üçün bizim də taktiki nüvə başlıqlarımızı artırmağımız zəruridir. Təslim olmaq ona görə deyirəm ki, səmimi olsaq, Rusiya ilə ABŞ arasında baş verəcək nüvə atışması planet üçün intihar demək ola bilər”.
Bir neçə gün öncə Senatın Silahlı Xidmətlər komitəsi 2019-cu maliyyə ili üçün hazırlanmış müdafiə büdcəsini təsdiqləyib. Bu büdcədə yeni taktiki sualtından atılan raketlər üçün 65 milyon dollar ayrılması nəzərdə tutulub.
Ağalar Ağalarlı
Ordu.az