Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, hazırda ABŞ ordusu “Stinger” raketlərinin yenilənməsini həyata keçirir. Raketin yeni, FIM-92J və FIM-92K modellərini əldə edib.
Çiyindən atıla bilən “Stinger” raketinin bundan öncəki sonuncu yenilənməsi 2000-ci illərin əvvəllərində edilib. O zaman FIM-92F versiyası əldə edilib.
“Stinger”in əvvəlki veriyaslarının hamısı vur-öldür modelində olub. Bu o deməkdir ki, raket özü hədəfi vurur və sonra hədəfi dağıtma cəhdində partlayır. FIM-92J də bu ənənəyə sadiq qalıb. Lakin onun əsas fərqi bundan ibarətdir ki, əgər raket özü müəyyən etsə ki, vur-öldür hədəfin ölçüsündən və ya digər faktorlardan dolayı mümkün deyil, o zaman raket özünü yaxın yanma modelinə keçirir və hədəfə ən yaxın nöqtədə olduğunu hiss edərkən partlayır.
Ağalar Ağalarlı
Ordu.az