ABŞ Almaniyadakı təlimlərdə öz imkanlarını nümayiş etdirib - VİDEO

2018/05/324234_1526729264.jpg
Oxunub: 2911     21:00     19 May 2018    
Bu yay Şərqi Avropada baş tutacaq təlimlərə hazırlıq məqsədilə ABŞ-ın 173-cü Döyüş Briqadası Almaniyada məşqlərə qatılıb.

Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, məşqlərdə briqadanın paraşütçüləri, C-130 “Hercules” təyyarələri, “Humvee” quru vasitələri və M119 A3 haubitsaları iştirak edir.

Briqadanın artilleriya qüvvələri cəld atəş hazırlığı alaraq “gecə” hücumu həyata keçirib.

“Səma Əsgərləri” adlandırılan 173-cü briqada ABŞ Quru Qoşunlarının Avropadakı kontingentidir. O, Avropa, Afrika və Yaxın Şərqə sürətli dəstək təmin edir.


Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Almaniya   Humvee   Hercules  


Bizi "telegram"da izləyin