Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının statistika xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, ümumilikdə Avropa İttifaqının 2016-cı il üzrə müdafiə büdcəsi 200 milyard avro təşkil edib, bu isə Aİ-nin 28 üzvünün ÜDM-dən cəmi 1,3 faiz təşkil edir.
“Mütləq göstəricilərə görə, müdafiəyə ən çox xərcləyən Böyük Britaniyadır – 47 milyard avro. Bu, Avropa İttifaqı ölkələrinin müdafiə büdcəsinin 24 faizini təşkil edir. Daha sonra Fransa (41 milyard avro – 21 faiz), Almaniya (33 milyarda avro – 16 faiz) və İtaliya (22 milyard avro – 11 faiz) qərar tutub”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, müdafiə üçün ayrılan xərclər sosial müdafiəyə ayrılan xərclərdən (19 faiz) daha az olub.
Ağalar Qəribov
Ordu.az