Cənubi Sudanda 800 uşaq əsgər azad edilib

2018/05/456_1526726036.jpg
Oxunub: 3632     20:32     19 May 2018    
Bir neçə gün öncə Cənubi Sudanda daha 200-dən çox uşaq əsgər xilas edilib. Bununla da il ərzində ölkədə sərbəst buraxılmış uşaq əsgərlərin sayı 806-a çatıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) yaydığı hesabatda qeyd olunub.

UNICEF-in hesabatına görə, buna baxmayaraq ölkədə hələ də aktiv fəaliyyətdə olan 19 mindən çox uşaq əsgər mövcuddur.

Məlumata görə, onlar Cənubu Sudandakı müxtəlif silahlı dəstələrdə xidmət edir. Qarşıdakı aylarda daha 1000 uşaq əsgərin azad edilməsi ehtimal edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Sudan   Uşaq-əsgər   UNICEF  


Bizi "telegram"da izləyin