İraqdakı seçkilərin nəticələri Pentaqonun planlarını alt-üst edib - SƏBƏB

2018/05/345_1526725846.jpg
Oxunub: 1765     20:29     19 May 2018    
İraqda ötən həftə baş tutmuş parlament seçkilərinin nəticələri Amerika qoşunlarının bu ölkədə daha neçə müddət qalacağını şübhə altına salıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, son dörd il ərzində Amerika ordusunun İraqdakı planları ölkə ordusunun yenidən qurulmasına, suverenliyin bərpasına rəhbərlik etmiş və İŞİD-ə qarşı mübarizədə həm ABŞ, həm də İranla əməkdaşlıq etmiş Baş nazir Heydər əl-Abadi üzərinə qurulub.

Lakin ötən həftə sonu İraqdakı seçkilərin nəticələri ABŞ-ın gələcək planlarını pozub. Parlamentdəki böyük çoxluğu anti-amerika mövqeyi ilə bilinən Müqtəda əl-Sədrin rəhbərlik etdiyi partiya qazanıb. Onun İraqdakı ABŞ hərbi mövcudluğuna qarşı olması 2011-ci ildə Vaşinqtonun bu qüvvələri ölkədən çəkməsinin əsas səbəbi idi.

Son seçkilərdən sonra artıq prezident Donald Tramp və Pentaqon İraqda İŞİD-ə qarşı müharibədən sonra 4500 əsgəri ölkədən çıxarıb-çıxarmayacağı ilə bağlı qərarını qətiləşdirməlidir.

2014-cü ildə İŞİD İraqda fəaliyyətə başladıqda ordunu asanlıqla məğlubiyyətə uğratdı və ölkənin şimal, qərb bölgələrində böyük əraziləri ələ keçirdi. Pentaqon və Dövlət Departamenti bu halın təkrarlanmayacağından əmin olmağın Amerika üçün prioritet olduğunu dilə gətirir. Eyni zamanda Mettis İraq xalqının qərarına hörmətlə yanaşdığını bildirib.

Tramp administrasiyası üçün bu, Sədr administrasiyası ilə əlaqələr qurmağın yolunu axtarma mənasına gələ bilər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İraq-seçki   Pentaqon  

İraqdakı seçkilərin nəticələri Pentaqonun planlarını alt-üst edib - SƏBƏB

2018/05/345_1526725846.jpg
Oxunub: 1766     20:29     19 May 2018    