Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatın məqsədi husilərin əlində olan liman şəhəri Hudeydəni azad etməkdir.
Hudeydə hazırda husilərin nəzarətində olan sonuncu böyük liman şəhəridir. Əgər onlar şəhəri itirsələr, tam olaraq BƏƏ və Səudiyyə Ərəbistanının mühasirəsinə düşmüş olacaqlar.
Bundan daha öncə BƏƏ-nin dəstəklədiyi Cənub Müqavimət Qüvvələri zəngin kofe ehtiyatları ilə tanınan tarixi liman şəhərini azad edib.
Ağalar Ağalarlı
Ordu.az