Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu posta gətirilən şəxs 55 yaşlı Cin-Filip Qaudindir.
Qaudin uzun müddət İsveçrə silahlı qüvvələrində xidmət edib. O, 2008-2016-cı illərdə hərbi kəşfiyyat bölməsinin rəhbəri, məsləhətçi, daha sonra Fransadakı İsveçrə səfirliyində hərbi attaşe olub.
Qeyd edək ki, iyuldan etibarən rəsmi olaraq yeni vəzifəsinin icrasına başlayacaq Qaudin öncəki çıxışlarında İsveçrə və Avropa ölkələrin üçün mövcud olan ən böyük təhdidin İslamçı terrorizm olduğunu qeyd edib.
Ağalar Ağalarlı
Ordu.az