Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, tenderin qarşıdakı beş ay ərzində elan edilməsi gözlənilir.
Müdafiə sənayesindən olan etibarlı mənbə HHQ-nin təyyarə istehsalçılarına tenderin oktyabr ayında elan edəcəyini bildirdiyini iddia edib. Lakin məsələ ilə bağlı HHQ şərh verməkdən imtina edib.
Qeyd edək ki, ABŞ HHQ bir neçə ay öncə terrorizmlə mübarizə əməliyyatlarında iştirak edən qırıcı təyyarələrinin yükünü azaltmaq məqsədilə aşağı xərcli yüngül hücum təyyarələri alma niyyəti olduğunu elan edib.
Ağalar Ağalarlı
Ordu.az