Ordu.az “Foreign Policy” nəşrinə istinadən xəbər verir ki, Stoltenberq bu barədə nəşrə verdiyi müsahibəsində danışıb.
“Ciddi məsələlər üzərində ciddi fərqliliklər var. Biz bunu ticarətdə, İran nüvə sazişində, iqlimdə və digər sahələrdə görürük. Əlbəttə, bu müxtəliflikləri görmək məni narahat edir”, - deyə Stoltenberq bildirib.
O, hər iki tərəfin də bu fikir ayrılıqlarından qismən güzəştə getməli olduqlarını qeyd edib.
“Çünki onlar eyni ortaq gündəmi bölüşürlər: Şərqi Avropada Rusiyanın aqressiv siyasətinə qarşı mübarizə aparmaq”, -deyə o vurğulayıb.
Stoltenberq 1956-cı ildəki Süveyş böhranı və 2003-cü il İraq müharibəsi zamanı meydana gələn problemləri də xatırlayaraq əlavə edir: “Bəli, o zamanlarda da fikir ayrılıqları vardı, amma bunlar alyansı parçalaya bilmədi. İndi də var, amma eyni zamanda biz NATO-nun Soyuq Müharibənin sonundan etibarən kollektiv müdafiənin ən böyük nümunəsini tətbiq etdiyinin şahidi oluruq”.
Ağalar Ağalarlı
Ordu.az