Ordu.az “China Daily” qəzetinə istinadən xəbər verir ki, bu barədə Çin hökumətindən olan mənbələr məlumat yayıb.
“Pekin ada ətrafında öz mövcudluğunu genişləndirə, bazara girişi məhdudlaşdıra, yaxud Çinin ərazi bütövlüyünü tanımayan şirkət və formalara münasibətdə araşdırmaya başlaya bilər”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, ABŞ Pekinə münasibətdə özünün deməyə cəsarət etmədiklərini Tayvanın dili ilə çatdırmağa çalışır.
“Bunda təəccübləndirici heç nə yoxdur. Birləşmiş Ştatlar onilliklər ərzində Tavyan vasitəsilə Çinin daxili işlərinə qarışmağa cəhd edir. Pekinin öz mövqeyini daha qətiyyətli şəkildə ifadə etmək zamanı gəlib”, - deyə məlumatda qeyd edilir.
Ağalar Qəribov
Ordu.az