Ordu.az xəbər verir ki, bu barədə İsveçin “Svenska Dagbladet” nəşri məlumat yayıb.
Məlumata görə, nəşr hərbi müdaxilənin ediməsi daha çətin dövlətlər haqqında yazısında bu mövqeni ortaya qoyub.
Rusiyaya ordu ilə daxil olmağın uğursuzluğa düçar olmaq baxımından əsas səbəbi dağlar, soyuq, bataqlıqlar, çaylar və sonsuz meşələrdir. Həmçinin rusların irimiqyaslı müharibələrdə iştirakı onlarda böyük hərbi təcrübə formalaşdırıb.
Nəşr qeyd edir ki, hərbi müdaxilənin çətin olduğu digər iki dövlət isə İsveçrə və Yeni Zellandiyadır. İsveçrənin Alp dağları ilə əhatə olunmağı onun cəmi 150 nəfərlik orduya malik olmasını kompensasiya edir. Yeni Zellandiya isə logistik dəhşət hesab edilir. Bunun səbəbi ən yaxın materik olan Avstraliyadan 1600 kilometr məsafədə yerləşməsi olaraq göstərilir.
Ağalar Qəribov
Ordu.az