Deyr əz-Zorda hərbi bazaya hücum edilib - SON DƏQİQƏ

2018/05/2388580605-crop345_1526715093.jpg
Oxunub: 3324     15:29     19 May 2018    
Mənşəyi bilinməyən döyüş təyyarələri Suriyada hava reydi keçirərək Deyr əz-Zordakı hərbi bazalardan birinə zərbə endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya hökumətinə yaxın mənbə bildirib.

Mənbənin sözlərinə görə, hədəf alınan hərbi baza hazırda İran qüvvələri tərəfindən istifadə edilir. Təyyarələr daha sonra Suriya çöllərində yerləşən digər İran mövqelərinə də zərbələr endirib.

Hələlik təyyarələrin kimə məxsus olduğu və hücumun arxasında kimin dayandığı müəyyən edilməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Deyr-əz-Zor   Hərbi-baza   Hücum  


Bizi "telegram"da izləyin