Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, bu barədə Qəzni vilayətinin polis rəisi Ramadan Əli Musəni bildirib.
Hücumlar Qəndəhar, Qəzni və Uruzqan vilayətlərinə edilib. Nəticədə ümumilikdə 18 əsgər həlak olub, 13 nəfər isə yaralanıb.
Təhlükəsizlik qüvvələrinin cavabı nəticəsində isə qiyamçılardan 37-si məhv edilib, 18-i yaralanıb.
Ağalar Ağalarlı
Ordu.az