TSQ son bir həftədə 23 terrorçu zərərsizləşdirib

2018/05/GettyImages-859753782456_1526714346.jpg
Oxunub: 3658     15:17     19 May 2018    
Türkiyə Silahlı Qüvvələrinin son bir həftə ərzində İraqın şimalında həyata keçirdiyi əməliyyatda 23 terrorçu zərərsizləşdirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 10-17 may arasında TSQ-nin İraqın şimalında terrorla mübarizəsi nəticəsində 23 PKK terrorçusu məhv edilib.

Əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələrinin bir əsgəri həlak olub, beş əsgəri isə yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   İraq   PKK  


Bizi "telegram"da izləyin