Ordu.az “İnterfax” nəşrinə istinadən xəbər verir ki, bu barədə raketi istehsal edən “Rostex” şirkəti məlumat yayıb.
Məlumata görə, Qazaxıstanın paytaxtı Almata şəhərində baş tutacaq sərgidə nümayiş etdirilən hərbi texnika və silahlar arasında yeni “Bronyeboyşik” raketi də yer alacaq.
Raketin zərbəsi qəlpə-fuqas xarakterlidir, diametri isə 80 millimetr təşkil edir. Raket rəqibin həm qrupşəkilli, həm də gizlində olan qüvvə və texnikasının məhvi təyinatlıdır.
Ağalar Qəribov
Ordu.az