Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauert bəyan edib.
“Missiya müəyyənləşdirdi ki, fevralın 4-də Sarakibdə böyük ehtimalla xlor istifadə edilib. Kimyəvi hücumun bütün əlamətləri daha öncə Suriya prezidenti Bəşər Əsəd tərəfindən həyata keçirilən kimyəvi hücumla eynilik təşkil edir”, - deyə Nauert bildirib.
O qeyd edib ki, ABŞ söz verir ki, Suriyada kimyəvi hücumlarda təqsiri olan şəxslər mütləq şəkildə məsuliyyətə cəlb ediləcək.
Ağalar Qəribov
Ordu.az