Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Hesab edirəm ki, ABŞ və bütün dünya üçün dəhşətli olan müqavilədən çıxmaqla Suriyaya kömək etdik. Ümid edirəm ki, Suriyadakı vəziyyət stabilləşəcək. Nə baş verəcəyini görəcəyik, bu sadəcə olaraq qorxu filmidir”, - deyə Tramp bildirib.
Bununla belə, Tramp jurnalistlərin İranın nüvə müqaviləsi ilə Suriya arasında əlaqənin nə kimi olması barədə sualına “Mən Suriya və Suriya xalqına böyük ehtiram bəsləyirəm” deyə cavab verib.
Ağalar Qəribov
Ordu.az