Ordu.az “The Chosun Ilbo” nəşrinə istinadən xəbər verir ki, bu barədə KXDR Vətənin Sülh Birləşməsi Komitəsinin katibi Li Son Qvon bəyan edib.
O qeyd edib ki, Koreyaarası danışıqların ləğvinə səbəb olan vəziyyət həllini tapmadığı müddət ərzində Cənubi Koreya rejiminin nümayəndələri ilə üz-üzə görüşüb müzakirələr aparmaq asan olmayacaq.
“Cənubi Koreya Vaşinqtonun Pxenyana qarşı təzyiq və təhdidini dəstəkləyir və bunu ABŞ-la birgə hərbi təlimlərdə iştirak etməklə təsdiqləyir. Əgər belə davam edərsə, Cənubi Koreya ilə əlaqələri bütövlükdə tamamlayacağıq”, - deyə Qvon bildirib.
Ağalar Qəribov
Ordu.az