Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezident administrasiyası məlumat yayıb.
Məlumata görə, Rusiya prezidemti Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi və müdafiə sənayesi kompleksindən olan şirkətlərlə Silahlı Qüvvələrin inkişafının açar məsələlərini müzakirə edəcək.
Vladimir Putin artıq ardıcıl altıncı ildir ki, müdafiə mövzulu görüşlər seriyası keçirir. Görüşlərin ənənəvi mövzuları ordu quruculuğu, dövlət sifarişinin yerinə yetirilməsi və ordu, həmçinin donanmanın modernləşdirilməsi olur.
Ağalar Qəribov
Ordu.az