Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Laboratoriyanın Qabaqcıl Enerji Texnologiyaları bürosunun (APTO) mühəndisi kapitan Harold Qolvold bildirib.
Onun sözlərinə görə, APTO alternativ enerji və enerji səmərəliliyinin artıracaq texnologiyalar əldə edilməsinə çalışır. O, bununla HHQ-nin mülkləri, ləvazimat və hava sistemləri üçün imkanların artırılmasına nail olmaq istəyir.
Layihə 2023-cü il mayın 2-ə qədər prototiplərin və ya sistemlərin hazırlanmasına davam edəcək. Təkliflərin seçilməsi zamanı məhsulların enerji verimliliyi, qiymət effektivliyi və ətraf mühit üçün zərərsiz olması üstünlük veriləcək kriteriyalar sırasında olacaq.
Ağalar Ağalarlı
Ordu.az