Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
Rusiya Müdafiə Nazirliyi və müdafiə sənayesi kompleksinin rəsmiləri ilə görüşən Putin bu il ərzində bölgəyə ümumilikdə 102 səfərin həyata keçiriləcəyini qeyd edib.
Onun sözlərinə görə, bu səfərlər səth və sualtı gəmiləri tərəfindən həyata keçiriləcək. Suriyada beynəlxalq terrorçuların yaratdığı təhdidin davam etməsindən dolayı qanadlı raketlərlə təchiz olunmuş gəmilər də Aralıq dənizindəki missiyasını davam etdirəcək.
Ağalar Ağalarlı
Ordu.az