Həmada onlarla terrorçu zərərsizləşdirilib

2018/05/978789_1526386747.jpg
Oxunub: 1750     20:18     15 May 2018    
Suriya Quru Qoşunlarının Həmada terrorçulara qarşı həyata keçirdiyi hərbi əməliyyat davam edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, son olaraq vilayətin şimalındakı əl-Latamina kəndindəki terrorçular raket və artilleriyadan atəşə tutulub.

Suriya və Rusiya qırıcı təyyarələrinin də dəstək verdiyi hücumlar nəticəsində onlarla terrorçunun məhv edildiyi və yaralandığı bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Həma   Terror  


Bizi "telegram"da izləyin